Adam öldürən şəxs saxlanılıb

Adam öldürən şəxs saxlanılıb

Martın 14-də saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində 1984-cü il təvəllüdlü Zaur Yusifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla 2000-ci il təvəllüdlü Samir Şirəliyevin qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Samir Şirəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə