Bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Bank hesabından pul oğurlayan şəxs saxlanılıb

Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini X.Nuriyeva 2021-ci ilin dekabr ayında bir nəfərin onu aldadaraq bank hesabından 500 manat pulunu çıxararaq oğurlamasını bildirib. Bu barədə SİA-ya DİN Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əzimli müəyyən edilərək saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə