483 manat pulu oğurlayan şəxs saxlanılıb

483 manat pulu oğurlayan şəxs saxlanılıb

Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə martın 5-də Şəki rayon sakini S.İsmayıllının bank hesabından 483 manat pulunun oğurlanması barədə müraciət daxil olub. Bu barədə DİN Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəki rayon sakini, əvvəllər məhkum olunmuş N.Cəbrayılzadə müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə