Avtomobil piyadanı vuraraq öldürüb

Avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 13-də saat 18 radələrində Binəqədi rayonu ərazisində X.Davıdov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Mətləb Səfərovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə