Qubada tanışını öldürmək istəyən şəxs saxlanılıb

Qubada tanışını öldürmək istəyən şəxs saxlanılıb

DİN-in “102-Zəng Mərkəzinə” müraciət edən Sumqayıt şəhər sakini S.Seyidova martın 12-də ögey bacısı R.Cəfərovanın Əmrah adlı şəxslə birlikdə Quba şəhərində olmalarını, Əmrahın özünü və qızı öldürmək istəməsini bildirib. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, Sumqayıt şəhər sakinləri Ə.Ağazadə və R.Cəfərovanın olduqları yer müəyyən edilmiş, saxlanılaraq Polis Şöbəsinə gətirilmişlər.

Polis əməkdaşları tərəfindən onların narkotik vasitənin təsiri altında olmaları müəyyən olunmuş və barələrində İnzibat Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati protokol tərtib edilib.

Quba rayon məhkəməsinin qərarı ilə Ə.Ağazadə 20 gün müddətində inzibati qaydada həbs olunmuş, R.Cəfərova isə 400 manat məbləğdə cərimələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə