Qanunsuz silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir

Qanunsuz silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində martın 12-də və 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 5 ədəd ov tüfəngi götürülüb. Bu barədə DİN Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 silah könüllü olaraq polisə təhvil verilib. Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə