Ötən iki gün ərzində törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən iki gün ərzində törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 83 cinayətin üstü “isti izlər”lə açılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 90 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 13 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37 , qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 73 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə