Martın 14-də İndoneziya sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb. Bu ərəfədə seysmoloqlar Filippin sahillərində də güclü zəlzələ barədə məlumat yayıblar.
Yeraltı təkanların episentrinin Qərbi Sumatra əyalətinin Pariaman şəhərindən 168 kilometr qərbdə, ocağının 16 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Dağıntılar və zərərçəkənlər barədə hələlik məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB