Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, qəza axşam saatlarında şəhərin Zülfi Hacıyev küçəsində qeydə alınıb.

Yolu keçmək istəyən orta yaşlı qadını "Mercedes" markalı avtomobil vurub. Ağır bədən xəsarətləri alan piyada ölüb. Hadisəni törədən sürücü saxlanılıb, avtomobil isə duracağa yerləşdirilib. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib. Ölən piyadanın şəxsiyyəti məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə