Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə Atatürk prospektində qeydə alınıb.
“Kia” markalı avtomobili idarə edən sürücü sükana nəzarəti itirərək yol kənarında dayanan “Volkswagen” , “Mercedes” və “GMC” markalı maşınlara çırpılıb. Zərbənin gücündən idarəetmədən çıxan “Kia” aşıb. Daha sonra qəzaya səbəb olan avtomobilin sürücüsü maşından çıxaraq ərazidən uzaqlaşıb. Hadisə yerinə hüquq mühafizə orqanın əməkdaşları cəlb edilib.
Qəza ilə bağlı avtotexniki ekspertiza təyin edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB