Ordumuzun mövqeləri atəşə tutulub - MÜDAFİƏ NAZİRLİYİ

Ordumuzun mövqeləri atəşə tutulub - MÜDAFİƏ NAZİRLİYİ

Martın 11-i saat 17:00-dan 21:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən ordumuzun Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutulub. SİA xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən dərhal adekvat cavab tədbirləri görülüb. Tədbirlər çərçivəsində yalnız qanunsuz dəstə üzvlərinin döyüş mövqeləri hədəfə alınıb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə