Voronejdə yaşayış binasında partlayış olub

Voronejdə yaşayış binasında partlayış olub

Voronejdə doqquzmərtəbəli yaşayış binasında qazın partlaması nəticəsində iki nəfər ölüb. Rusiya Fövqəladə Hallar Nazirliyinin yerli idarəsindən verilən məlumata görə, partlayışdan sonra binada yanğın başlayıb.

"Partlayış üçüncü və dördüncü mərtəbələrin mərtəbələrinin uçmasına səbəb olub. İlkin məlumata görə, çökmə baş verən mənzildə iki nəfər ölüb" . SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hazırda yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları binadan 113 nəfəri təxliyyə ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə