Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Martın 10-da polis əməkdaşları tərəfindən 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evi tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə