Donald Trampı aparan təyyarə məcbur eniş edib

Donald Trampı aparan təyyarə məcbur eniş edib

ABŞ-ın keçmiş prezidenti Donald Trampı aparan təyyarə Meksika körfəzi üzərindəki hava məkanında məcburi eniş edib.

SİA TASS agentliyinə istinadən xəbər verir ki, təyyarənin Nyu Orleanda (Luiziana ştatı) məcburi eniş etməsinə mühərrikin sıradan çıxması səbəb olub.

Donald Tramp Nyu Orleandan Floridaya Palm-Biç yaxınlığındakı Mar-a-Laqo malikanəsinə gedirmiş.

Nyu Orlean hava limanına təhlükəsiz eniş etdikdən bir neçə saat sonra ABŞ administrasiyasının keçmiş rəhbəri Floridaya başqa təyyarə ilə uçmalı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə