Ötən il baş vermiş qətllərlə bağlı statistika açıqlanıb

Ötən il baş vermiş qətllərlə bağlı statistika açıqlanıb

“Ölkə üzrə 2021-ci il ərzində 168 qəsdən adam öldürmə cinayəti törədilib”. SİA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

“Onlardan 110-nun cinayət təqibi üzrə icraatı yekunlaşıb. 2020-ci illə müqayisədə qeydə alınan bu növ cinayətlərin sayında 25 vahid azalma baş verib”, - hesabatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə