Nikolayev yaxınlığında gedən döyüşlərdə lvovlu tanınmış araşdırmaçı jurnalist Viktor Dudar həlak olub. Verilən xəbərlərə görə, ötən gün onun doğulduğu Jovkvada iki günlük matəm elan edilib.
SİA “NV” saytının dediklərinə istinadən xəbər verir ki, Viktor Nikolayev şəhərinin müdafiəsi zamanı döyüşdə qəhrəmancasına həlak olub.
Qeyd edək ki, 2014-15-ci illərdə Dudara hərbi idarələrin mətbuat xidmətində vəzifə təklif edilsə də, amma o, Donbassın ən qaynar nöqtələrində döyüşməyi üstün tutmuşdu.
Hazırda onun doğulduğu Jovkva şəhərində mavi və sarı bayraqlar yarıya qədər endirilib.
Onu da bildirək ki, Dudarın həyat yoldaşı Oksana və qızı Sofiya Jovkvada yaşayırlar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB