Bakı Dövlət Universiteti (BDU) Geologiya fakültəsinin tələbəsi İlkin Qənbərlinin itkin düşməsindən narahatlığını bildirir, onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayır. BDU-nun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qənbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb.
Qeyd edək ki, hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB