Bakıda avtobus qəzasında xəsarət alanların adı bəlli olub - YENİLƏNİB
Bakıda avtobus qəzası zamanı 4 nəfər xəsarət alıb.
Qəza zamanı sərnişlər 1989-cu il təvəllüdlü Zeyniyev Azər Vidadi oğlu, 1985-ci il təvəllüdlü Paşayev Elmar Sahil oğlu, 1988-ci il təvəllüdlü Sulcaddin Rüstəm Habil oğlu və 1961-ci il təvəllüdlü Vəliyev Nadir Ələsgər oğlu xəsarət alaraq 3 nömrəli xəstəxanaya yerləşdirilib.
Yaralıların üçü ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Sulcaddin Rüstəm Habil oğlu isə sağ ayaq sümüyünün qəlpəli sınıq diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
***
04.03.2022
Saat 23:12
Sabunçu rayonunda marşrut avtobusu yük avtomobili ilə toqquşub.
SİA xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, bu gün saat 19 radələrində Sabunçu yol qovşağının yaxınlığında “Vətən.az” MMC-nin müvəqqəti istismarında olan 166 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 010 Dövlət Qeydiyyat Nişanlı avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi qeydə alınıb.
Sərnişin avtobusu kommunal xidmət avtobili ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
"Hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılır. “Vətən.az” MMC-dən məsul şəxs Sənan Səlimov Agentliyə çağırılıb."-deyə qurumdan verilən məlumatda qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB