Balakəndə yol polisi əməkdaşlarının keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisindəki küçə və prospektlərdə dayanma-durma qaydalarını pozan 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.
SİA xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhərin müxtəlif nöqtələrində keçirilən reydlər nəticəsində hərəkətin intensiv olduğu ərazilərdə, piyada səkilərində və avtobus dayanacaqlarının bir neçəsində nəqliyyat vasitələrini park edən sürücülər aşkarlanıb. Həmin avtomobillərin sahibləri barəsində cərimə protokolu tərtib olunub və bu kimi halların digər hərəkət iştirakçılarının haqlı narazılığına səbəb olduğu onların diqqətinə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB