Bakıda mebel sexi yanıb

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 330 m² mebel sexinin yanar konstruksiyaları, içərisində olan taxta və karton materiallar 60 m² sahədə yanıb.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə