On birinci mərtəbədən yıxılan uşaq... sağ qalıb

On birinci mərtəbədən yıxılan uşaq... sağ qalıb

Moskvanın cənubunda yaşayış binasının 11-ci mərtəbəsindəki pəncərədən yıxılan üç yaşlı uşaq sağ qalıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Moskva Prokurorluğunun “Telegram” kanalı məlumat yayıb.

“İlkin məlumata görə, martın 3-də böyüklərin nəzarətindən kənar qalan üç yaşlı uşaq Kaşirskoye şossedə yerləşən yaşayış binasının 11-ci mərtəbəsindəki mənzilin pəncərəsindən yıxılıb. Körpə xəstəxanaya aparılıb”, - deyə məlumatda bildirilib.

Faktla bağlı Moskva prokurorluğunda prosessual yoxlama aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə