Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakıda orta yaşlı kişini avtomobil vurub

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SIA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1956-cı il təvəllüdlü Arifov Arif Nəbi oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə