Bakı sakini bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.
1978-ci il təvəllüdlü Əkbərov Taleh Adıgözəl oğlu küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə