Samuxda narkotacir saxlanıldı - VİDEO

Samuxda narkotacir saxlanıldı - VİDEO

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Tahir Bədəlov saxlanılıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, onun əlindəki çantaya baxış keçirilən zaman çəkisi 3 kiloqram 640 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Bundan başqa şübhəli şəxsə məxsus çantadan bir ədəd istifadəyə yararlı lülə və qundağı kəsilmiş tüfəng də aşkarlanıb.

Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə