Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Zaqatalada avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

SİA-nın məlumatına görə, Zaqatala şəhər sakini 1959-cu il təvəllüdlü Əliheydər Böyükxan oğlu İslamov martın 2-i axşam saat 23 radələrində müalicə aldığı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib.

Qeyd edək ki, Ə.İslamovu martın 1-i axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun 132-ci kilometrliyində, 1968-ci il təvəllüdlü Bakı şəhər sakini Azər Şamil oğlu Abbasov idarə etdiyi "VAZ 2107" markalı 99 VS 781 dövlət nömrə nişanlı minik avtomobili ilə vurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə