Rusiyada 4,5 bal gücündə zəlzələ baş verib

Rusiyada 4,5 bal gücündə zəlzələ baş verib

Martın 2-də Rusiyanın Soçi şəhərində zəlzələ baş verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə şəhərin seysmik stansiyası məlumat yayıb.

Məlumata əsasən, zəlzələnin gücü 4,5 bal təşkil edib.

Soçi sakinləri yeraltı təkanlarını hiss etdiyini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə