Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
SİA xəbər verir ki, qəza Vaqif prospekti ilə Xan Şuşinski küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, Nofəl Heydərov köməkçi yolda nişanın tələbini pozaraq idarə etdiyi “Toyota” markalı nəqliyyat vasitəsilə əsas yola çıxıb.
Bu zaman həmin yolda olan “Mercedes” markalı avtomobil “Toyota”-ya çırpılıb.
Qəza nəticəsində sərnişin və sürücü xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB