Mərkəzi bazarda dəhşətli yanğın - Qazax (VİDEO)

Mərkəzi bazarda dəhşətli yanğın - Qazax (VİDEO)

Qazax şəhərinin mərkəzi bazarında 90 kvadrat metr ərazidə iki qadın geyim mağazasında yanğın baş verib.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, nəticədə hər iki mağazanın yanar konstruksiyaları və içəridə olan qadın geyim malları tamamilə sıradan çıxıb. Hadisə yerinə gələn FHN-in Qazax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri tərəfindən alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Mağaza sahiblərinin sözlərinə görə, bir mağazaya iki yüz min manat, digər mağazaya isə yüz min manat məbləğində ziyan dəyib.

Qeyd edək ki, yanğının baş vermə səbəbi hələ ki, məlum deyil.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə