Zaqatalada fərdi yaşayış evində yağın olub.
SİA-nın məlumatına görə, saat 22 rədələrində rayonun Yuxarı Tala kənd sakini İbrahim Nurəddin oğlu Mustafayevə məxsus, ümumi sahəsi 120 kvadratmetr 3 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB