Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıb

Fevralın 26-da və 27-də polis əməkdaşları tərəfindən respublika ərazisində 2 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşları "COVİD-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə