Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə evdə yanğın olub.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, rayonun Cəfərbəyli kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə