Bakıda üçmərtəbəli binada yanğın olub

Bakıda üçmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin yanar konstruksiyaları, 2-ci və 3-cü mərtəbələrarası taxta konstruksiyalar 10 m² sahədə yanıb.

SİA-nın əldə etdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Qonşu mənzillər və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə