Axtarışda olan oğru saxlanıldı -Zərdab

Axtarışda olan oğru saxlanıldı -Zərdab

Zərdabda rayon ərazisində yerləşən ərzaq və mobil telefon satışı ilə məşğul olan mağazalardan müxtəlif vaxtlarda oğurluq edilməsi barədə Rayon Polis Şöbəsinə məlumatlar daxil olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, vətəndaşların müraciətləri əsasında Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq əməllərini törətməkdə şübhəli bilinən Zərdab rayon sakini Əli Əkbərov saxlanılıb. Onun mağazalardan 3 ədəd mobil telefon və 500 manata yaxın pul oğurladığı müəyyən edilib. Cinayət əməllərini törədərkən istifadə etdiyi əşyalar isə maddi sübut kimi götürülüb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində cinayət işi başlanılıb və Əli Əkbərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə