Ötən gün 96 toy şənliyinin monitorinqi həyata keçirilib

Ötən gün 96 toy şənliyinin monitorinqi həyata keçirilib

Fevralın 23-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 96 toy şənliyinin monitorinqini həyata keçirib. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, monitorinq 95 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 84 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə