Kürdəmir rayonunun Çərtəyəz kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 40 m² sahədə yanıb.
SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB