Gədəbəydə 10 yaşlı qız dəm qazından zəhərlənib

Gədəbəydə 10 yaşlı qız dəm qazından zəhərlənib

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

SIA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xar-Xar kəndində baş verib.

2012-ci il təvəllüdlü Sevinc Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal 10 yaşlı qıza tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, S.Həsənova yaşadığı evdə dəm qazında zəhərlənib

Bütün xəbərlər Facebook səhifəmizdə