Bakıda gənc oğlanı dostu bıçaqlayıb

Bakıda gənc oğlanı dostu bıçaqlayıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

1996-ci il təvəllüdlü Süleymanov Elvin Mirzə oğlu dostu ilə mübahisə zamanı bıçaqlanıb.

Ona ümumilikdə üç bıçaq zərbəsi vurulub.

Yaralı müxtəlif bədən xəsarətləri alaraq 3 saylı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə