Türkiyə sularına itələnən 58 qanunsuz miqrant xilas edilib

Türkiyə sularına itələnən 58 qanunsuz miqrant xilas edilib

Balıkəsir vilayətinin Ayvalık qəsəbəsi sahillərində Yunanıstan sahil mühafizəsi tərəfindən Türkiyə ərazi sularına qaytarılan 58 qanunsuz miqrant xilas edilib.

SİA xəbər verir ki, Ayvalık qəsəbəsinin Altınova məhəlləsində qanunsuzmiqrant xəbərlərinə görə Sahil Təhlükəsizlik Komandanlığı qrupları hərəkətə keçib.

Bölgəyə gedən qruplar Yunanıstan Sahil Mühafizəsi qrupları tərəfindən yenidən Türkiyə ərazi sularına qovulan 3 ayrı rezin qayıqda cəmi 58 qanunsuz miqrantı xilas edərək Ayvalığın Cunda adasındakı Sahil Mühafizə Komandanlığına aparılıb.

Mühacirlərə qida, içki, geyim və tibbi ləvazimat kimi humanitar yardımlar edilib.

Xilas edilən 58 qanunsuz miqrant rəsmi işlərdən sonra Vilayət Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə