Bakının Nəsimi rayonunda yol qəzası baş verib. SİA xəbər verir ki, qəza 20 yanvar küçəsində qeydə alınıb. “Mercedes” markalı nəqliyyat vasitəsinin sürücüsü yol nişanın tələbini pozaraq əsas yola çıxıb. Bu zaman eyni markalı avtomobil əsas yola çıxan “Mercedes”ə çırpılıb. Qəza nəticəsində avtomobildə olan azyaşlı ağır xəsarət alıb.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB