Silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir

Silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir

Polis əməkdaşlarının keçiridikləri əməliyyat tədbirləri nəticəsində fevralın 19-da və 20-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 2 ədəd ov tüfəngi götürülüb. Bu barədə DİN Mətbuat Xidmətindən SİA-ya məlumat verilib.

Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 3 silah könüllü olaraq polisə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə