Bakıda mebel sexi yanıb

Bakıda mebel sexi yanıb.

SIA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Səbail rayonunda ümumi sahəsi 600 m² olan birmərtəbəli tikilinin (mebel sexi və anbar kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisinə yığılan yumşaq mebel dəstləri 150 m² sahədə yanıb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə