Polis əməkdaşlarına hücum nəticəsində bir nəfər ölüb

Polis əməkdaşlarına hücum nəticəsində bir nəfər ölüb

Meksikanın şərqindəki Verakrus ştatının Tuspan bölgəsində naməlum silahlı şəxslər polis əməkdaşlarına atəş açıb, azı bir hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə regional ictimai təhlükəsizlik idarəsi "Twitter"-də məlumat yayıb.

"Mılumdur ki, vəzifəsini yerinə yetirərkən bir əməkdaşımız həlak olub, digəri isə yaralanıb. Yoldaşlarımıza qorxaqcasına hücumu pisləyirik, baş verənlər cəzasız qalmayacaq", - yazıda bildirilir.

Hazırda Tuspanda hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçirilib, hücum iştirakçılarının axtarışı federal hüquq-mühafizə orqanları ilə razılaşdırılaraq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə