Köçkün düşərgəsindəki yanğın zamanı üç nəfər həyatını itirib

Köçkün düşərgəsindəki yanğın zamanı üç nəfər həyatını itirib

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində məcburi köçkünlərin düşərgəsində baş vermiş yanğın nəticəsində azı 3 nəfər həlak olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Borno Dövlət Fövqəladə Hallar Agentliyinin baş direktoru Yabava Kolonun sözlərinə görə, azı 3000 sığınacaq məhv olub.

Rəsmi məlumata görə, çadırlardan birində başlayan yanğın müvafiq yanğınsöndürmə qruplarının gec reaksiya verməsi nəticəsində digər sığınacaqları da məhv edib.

Agentlik rəhbəri zərərin səviyyəsini müəyyən etmək üçün qiymətləndirmə aparıldığını və qurbanların qida, sığınacaq və digər əşyalara ciddi ehtiyacı olduğunu qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə