Rusiyada dörd avtomobil toqquşub, ölən və yaralılar var

Rusiyada dörd avtomobil toqquşub, ölən və yaralılar var

Rusiyanın İvanovo vilayətində avtobus və üç minik avtomobili toqquşub. Qəza nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, regional polis idarəsinin məlumatına görə,

Qəza İvanovo-Rodniki magistralında baş verib. “VAZ-2112” markalı avtomobilin sürücüsü idarəetməni itirərək qarşıdan gələn zolağa çıxıb. Sonra o, əvvəlcə başqa bir “VAZ-2112” markalı avtomobilə çırpılıb, daha sonra sərnişin avtobusuna çırpılıb, daha sonra isə digər minik avtomobiliylə toqquşub.

Nəticədə birinci avtomobilin sürücüsü hadisə yerində keçinib, 3 sərnişin xəsarət alıb. Digər avtomobillərdə xəsarət alan və ölən yoxdur.

Hazırda polis hadisə yerindədir, hadisənin bütün şəraitini müəyyənləşdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə