ABŞ-da helikopter qəzaya uğrayıb

ABŞ-da helikopter qəzaya uğrayıb

ABŞ-ın Florida ştatında Mayami-Biç çimərliyi yaxınlığında helikopter okeana düşüb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə ştat polisi "Twitter"-də məlumat verib.

Bildirilir ki, qəza nəticəsində iki nəfər xəsarət alıb. Onlar xəstəxanaya çatdırılıblar, hazırda vəziyyətləri stabildir.

Qəzanın səbəbləri barədə məlumat verilmir.

Çimərlik ərazisi müvafiq qurumların fəaliyyətini təmin etmək məqsədiylə qapanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə