Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub

Bakıda Rusiya səfirliyinə məxsus avtomobil piyadanı vurub

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın xəbərinə görə, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub. Qadın ağır xəsarət alıb.

Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Polisin verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü bölməyə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə