Gəncədə 2 “Jiquli” toqquşub

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə şəhərin Adilxan Ziyadxanov küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ-2107" ilə "VAZ-2106 "markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə