Ötən gün 81 cinayətin üstü “isti izlər”lə açılıb

Ötən gün 81 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 81 cinayətin üstü “isti izlər”lə açılıb. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 8 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 72 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 1 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə