SİA-nın əldə etdiyi məlumata görə, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Kia” markalı minik avtomobili ilə “Kamaz” markalı yük maşını toqquşub.
Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 1985-ci il təvəllüdlü Asif Mirzəyev və qardaşı 1987-ci il təvəllüdlü Vasif Mirzəyev həlak olub.
Qəzada ölən qardaşlar Cəlilabadın Alar kəndinin sakinləri olub.
Faktla bağlı araşdırma aparılır.




USD
EUR
GBP
RUB