Manaf Ağayev və iş adamı 15 sutka həbs edildi

Manaf Ağayev və iş adamı 15 sutka həbs edildi

İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov həbs edilib.

Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, onların barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər biri 15 sutka həbs olunub.

Qeyd edək ki, müğənni Manaf Ağayev dünən işğaldan azad olunan ərazilərə icazəsiz keçdiyi üçün saxlanılıb.

M.Ağayevin işğaldan azad olunan ərazilərə qanunsuz səfər etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videodan sonra araşdırma aparılıb.

Manaf Ağayevin Bakıda olduğu müəyyən olunub, onlar polis idarəsinə dəvət edilib. Araşdırma zamanı müəyyən olunub ki, onlar qanunsuz yollarla, icazə olmadan işğaldan azad olunmuş ərazilərə keçiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə